Ukraynada oğurlanan uşaqlar Rusiyada SATIŞA ÇIXARILDI – FOTO

media-hightechnic-468x90

Ukraynadan Rusiyaya aparılan bəzi uşaqlar Rusiyada fəaliyyət göstərən bir internet platformasında “mal kimi” siyahıya salınaraq təqdim olunur. Məlumata görə, bu platforma “Save Ukraine” adlı yardım təşkilatının araşdırmaları nəticəsində üzə çıxarılıb.

Yenicag.az xəbər verir ki, bu iddia ilə Almaniyanın “Bild” nəşri çıxış edib.

İddialara əsasən, saytda 294 ukraynalı uşağın fotoları, yaşı, cinsi, xarakter xüsusiyyətləri, sağlamlıq durumu və zahiri görünüşünə dair məlumatlar yer alır. Platformanın interfeysi “onlayn qul bazarı”nı xatırladır, istifadəçilər yaş, cins və digər xüsusiyyətlərə görə axtarış edə bilirlər.

“Save Ukraine” təşkilatı bildirir ki, müharibənin başlanmasından bəri minlərlə uşaq Ukraynadan aparılıb, bəziləri yetimxanalara, bəziləri isə evlatlıq proseslərinə yönləndirilib. Lakin sözügedən platforma rəsmi evlatlıq prosedurlarına uyğun olmayıb, kommersiya məqsədilə fəaliyyət göstərir.

Beynəlxalq hüquqa zidd ola biləcək bu iddialar BMT Uşaq Hüquqları Konvensiyası və Cenevrə Konvensiyasına da aykırı sayılır. Rusiya tərəfi hələlik rəsmi açıqlama verməyib. Ukrayna və beynəlxalq insan haqları təşkilatları isə iddiaların müstəqil şəkildə araşdırılmasını tələb edir.

media-kataloig-2apj

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa