Türkiyənin “prioritet keçid” TƏKLİFİ: Bölgədə kartlar yenidən PAYLANILIR

media-hightechnic-468x90

“10 noyabr 2020-ci il atəşkəs anlaşmasından sonra Türkiyə bölgədə qalıcı sülh sazişinin əldə olunması üçün əlindən gələni etdi”.

Bunu Yenicag.az-a açıqlamasında Türkiyədə fəaliyyət göstərən Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (KAFKASSAM) sədri, professor Hasan Oktay deyib.

media-hasan-oktay1

O, avqutsun 8-də baş tutan Əliyev-Paşinyan-Tramp görüşündən sonra rəsmi Ankaranın sözügedən məsələyə mövqeyini və prosesləri şərh edib.

H. Oktayın xatırladıb ki, sonuncu dəfə Ermənistanın Baş naziri Nikol Paşinyan 20 iyunda İstanbula gələndə Azərbaycan Prezidenti də Türkiyədə idi:

“Prezident Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampın etdiyi kimi, hər iki lideri sağında və solunda oturdaraq qalıcı və yekun sülh müqaviləsini imzalamaq istəyirdi. Amma bu, baş vermədi. Rusiyanın 10 noyabr razılaşmasının dördüncü maddəsinə daxil etdirdiyi, Qarabağı təminat və nəzarət altında saxlamağa hesablanmış Laçın dəhlizi necə işləmədisə, Trampın açmağı planlaşdırdığı Zəngəzur dəhlizinin də işləməsində digər dövlətlər problem yarada bilərlər. Çünki artıq İran və Rusiya bu məsələ ilə bağlı mənfi mövqe ortaya qoyublar”.

Onun sözlərinə görə, Türkiyə vəziyyəti yaxından bildiyi və izlədiyi üçün təcili olaraq üçtərəfli saziş təklifi irəli sürdü:

“Yəni Türkiyə-Ermənistan-Azərbaycan arasında üçtərəfli sülh anlaşması imzalanmalı, dövlətlər bir-birini tanımalı, sərhəd qapıları açılmalı və qarşılıqlı keçidlər “prioritet keçid” statusunda təmin edilməli idi. Hazırda isə bütün diqqət Zəngəzur dəhlizinə yönəlib. Ona görə də Türkiyənin irəli sürdüyü üçtərəfli sülh konsepsiyasının əhəmiyyəti hər keçən gün daha da artır. Üçtərəfli saziş imzalandıqdan və Ermənistan yolları rahat istifadə etdikdən sonra bütün problemlər həll olacaq. Vaşinqtonda keçirilən bu görüş Rusiyaya qarşı atılmış addım kimi qiymətləndirildiyi üçün Vladimir Putin ABŞ-nin Moskvadakı səfiri ilə görüşündə Vaşinqton toplantısını sabotaj etmək məqsədilə Donald Tramp ilə görüşəcəyini bildirib. Bu cümə Alyaskada keçiriləcək toplantıdan sonra Cənubi Qafqazdakı vəziyyəti yenidən qiymətləndirmək lazım gələcək”.

Rafi Müslümov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 12.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa