Ukrayna millisində ciddi itki – Azərbaycanla oyunda olmayacaq

media-hightechnic-468x90

Ukrayna millisinin futbolçusu Georgi Sudakov Azərbaycan yığmasına qarşı keçirəcəkləri DÇ-2026-nın seçmə mərhələsinin oyununda iştirak edə bilməyəcək.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabında bildirib.

Portuqaliyanın “Benfika” klubunda çıxış edən oyunçu artıq yığmanın düşərgəsini tərk edib və komanda yoldaşlarına növbəti qarşılaşmada uğurlar arzulayıb.

Sudakov İslandiyaya səfərdə qalib gəldikləri (5:3) matçda zədələnib.

Qeyd edək ki, oktyabrın 13-də Polşanın Krakov şəhərində keçiriləcək Ukrayna – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05