Ukrayna və Rusiya əsirləri dəyişdirdilər

media-hightechnic-468x90

Rusiya və Ukrayna 10 əsir əsgərini dəyişdirib.

Yenicag.az xəbər verir ki, bunu Ukraynanın baş nazirinin müavini, nəzarət olunmayan ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk deyib.

Baş nazirin müavini əlavə edib ki, Ukrayna Odessa yaxınlığında gəmidən xilas edilən 11 rusiyalı mülki dənizçini ruslara göndərib. Öz növbəsində 19 mülki dənizçi İlan adasında əsir götürülən “Sapphire” xilasedici gəmisindən Ukraynaya qayıdacaq: “Mübadilə şərtlərinə əsasən, xilasedici gəminin özü də Ukraynaya qaytarılacaq və Türkiyə limanına göndəriləcək”.

Bundan əvvəl Rusiya ilə Ukrayna arasında iki əsir mübadiləsi aparılıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa