Ukraynada məhv edilən yüksək rütbəli Rusiya hərbçiləri – SİYAHI

media-hightechnic-468x90

Ukraynaya hərbi təcavüzünü davam etdirən Rusiyanın savaşın 20 günündə itirdiyi yüksək çinli hərbçilərin siyahısı açıqlanıb.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, hərbi əməliyyatlar zamanı məhv edilən Rusiya generalları və yüksək zabit heyətinə məxsus hərbçilərin siyahısını Ukrayna Milli Təhlükəsizlik Şurasının dezinformasiya əleyhinə mərkəzi açıqlayıb.

10 nəfərdən ibarət siyahıda Rusiyanın məhv edilmiş 4 generalının adı da var:

1. General-mayor Vitali Gerasimov

2. General-mayor Məhəmməd Tuçayev

3. General-mayor Andrey Kolesnikov

4. General-mayor Andrey Suxovetski

5. Polkovnik Sergey Poroxnya

6. Polkovnik İqor Nikolayev

7. Polkovnik Andrey Zaxarov

8. Podpolkovnik Dmitri Sofronov

9. Podpolkovnik Yuri Aqarkov

10. Podpolkovnik Mixail Yermolin

Mərkəzdən bu siyahının tam olmadığı da vurğulanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600