Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Ukraynada Ramazan dövlət bayramı oldu - Əminə Cabbarovaya yüksək vəzifə verildi - QƏRAR

Ukrayna Prezidenti Vladimir Zelenskiy Krım Tatar xalqının nümayəndələri ilə görüşüb.

Yenicag.az xəbər verir ki, görüşdə Kiyevdə yeni məscidin tikilməsi, Ramazan və Qurban bayramlarına dini bayram statusu verilməsi məsələləri müzakirə edilib.

Ölkə prezidenti yaxın günlərdə Ramazan və Qurban bayramına dini bayram statusu verilməsi ilə bağlı sərəncam imzalayacağını bildirib. Vladimir Zelenskiy  Kiyevdə yeni böyük bir məscidin tikiləcəyini, dizaynını Krım Tatarlarından gözlədiyini də vurğulayıb.

Krım tatar xalqının nümayəndələrinin ən yüksək diplomatik səviyyədə təmsil olunmasının vacibliyini vurğulayan prezident Əminə Cabbarovanın Xarici İşlər nazirinin birinci müavini təyin edildiyini təsdiqləyib. O, Krım tatar xalqının problemlərini həll etmək üçün Prezident Aparatında Krım tatarlarının da iştirak etdiyi işçi qrupunun yaradıldığını bildirib.

O vurğulayıb ki, işçi qrupu Krım tatarları üçün nəinki hüquqi, həm də iqtisadi məsələlərə baxmalıdır.

Loading...

www.yenicag.az

330
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100