“Ukraynadakı müharibədə 21 min “Vaqner” döyüşçüsü öldürülüb” - Zelenski

media-hightechnic-468x90

Ukraynada hazırda davam edən müharibə zamanı “Vaqner” özəl hərbi şirkətinin 21 min muzdlu döyüşçüsü zərərsizləşdirilib.

Yenicag.az xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezidenti Vladimir Zelenski “El Mundo” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukrayna Müdafiə Qüvvələri tərəfindən bu dövr ərzində daha 80 min “Vaqner” döyüşçüsü yaralanıb.

Zelenski, həmçinin qeyd edib ki, “Vaqner” döyüşçüləri iki kateqoriyaya bölünüb: “Onlardan bir qismi peşəkar muzdlular, digərləri isə həbsxanalardan döyüşlərə cəlb edilənlər olub”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600