!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ukraynalı general Rusiya casusu çıxdı: Hakimiyyət çevrilişi ANONSU

!Reklam – Yazi

“Ukrayna prezidenti Volodimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin komandanı, general-leytenant Yuri Sodolu vəzifəsindən azad etməsini hakimiyyətdaxili çaxnaşma və son hadisələr kimi dəyərləndirməzdim, sadəcə bu, bəzi gerçəklərin tədricən üzə çıxması və təzahür etməsidir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Natiq Miri deyib.

Siyasi təhlilçi Ukrayna Silahlı Qüvvələrinin komandanı, general-leytenant Yuri Sodolun vəzifəsindən azad edilməsi, habelə onunla bağlı vətənə xəyanət ittihamlarından söz açıb.

“Bilirik ki, əksər zabitlər rus hərbi məktəbini bitirib və uzun müddət məhz Rusiya ilə çalışıb. Bu da o deməkdir ki, Rusiya ilə çalışırsansa, Rusiyaya xidmət etmədən və Rusiyanın hərbi əks-kəşfiyyat idarəsi ilə əlaqədə olmadan çalışa bilməzsən. Ona görə də düşünürəm ki, bunlar tədricən bəzi casus ünsürlərin üzə çıxma hadisələridir və bu da təbiidir. Həmçinin bu, təkcə 1-2 ilin işi deyil, əksinə, uzunmüddətli bir prosesdir və bunu da böyük bir ajiotaja çevirib guya hakimiyyət çevrilişi və ya parçalanma kimi təqdim etmək istəyirlər. Çünki rus mediası bunda maraqlıdır”, – deyə o, əlavə edib.

N. Mirinin sözlərinə görə, bu gün Ukraynada döyüş təkcə cəbhədə getmir, həm də informasiya məkanında ciddi bir savaş mövcuddur:

“Ona görə mən məsələni bu şəkildə dəyərləndirərdim və əgər həqiqətən də sübut və dəlillərlə ortalığa qoyulubsa ki, Sodol Rusiya xüsusi xidmət orqanları ilə işləyir, onda bu, artıq Ukrayna ordusunun “təmizlənməsi” kimi təqdim olunmalıdır. Bu isə Ukrayna ordusunun xeyrinə olan bir prosesdir. Ona görə də Rusiyanın dəyirmanına su tökmək yerinə, əksinə, bunu Ukraynanın uğuru kimi təqdim etmək lazımdır. Eyni proses bu gün Ermənistanın özündə də gedir. Baxmayaraq ki, Nikol Paşinyana yaxın Suren Papikyan mülki şəxs olaraq müdafiə naziridir, ancaq zaman-zaman Nikol Paşinyan hökumətinin maraqlarına uyğun olmayan atəşkəs pozuntularını da müşahidə edirik. Bu günün özündə də hələ də “təmizlənmə” prosesi gedir və düşünürəm ki, bu, uzunmüddətli məsələdir”.

Mütəxəssis diqqətə çatdırıb ki, hazırda Ukraynada da eyni proses gedir, sadəcə, bəzi Qərb mətbuatı Rusiya maliyyəsi ilə məsələni həddindən artıq şişirtməklə daha çox Kremlin siyasətinə xidmət edirlər:

“Bu, təkcə Qərb mediası ilə bağlı deyil, eləcə də Qərb siyasətçiləri, dövlət adamları, hətta Qərb xüsusi xidmət orqanlarında zamanında fəaliyyət göstərmiş insanlar belə bu gün böyük pullar müqabilində Rusiyanın xeyrinə müsahibələr verməkdə davam edir. Bunlar informasiya savaşının tərkib hissəsidir. Ona görə də “Ukrayna öldü, bitdi, parçalandı” kimi məsələləri qoymaq, mənə elə gəlir ki, doğru yanaşma deyil. Çünki artıq artilleriya, raket hücumları Ukrayna ərazisindən Rusiya ərazisinə keçməkdə davam edərkən Rusiya çox ciddi itkilər verməkdədir. Özü də strateji yöndə bu itkilər özünü göstərir. Buna görə də mən bunu bu məsələləri təbii hesab edirəm”.

Xatırladaq ki, “Azov” komandiri Bohdan Kroteviç “Xortsiya” qoşun qrupunun komandiri general-leytenant Yuri Sodolu vətənə xəyanətdə ittiham edib. Kroteviçə görə, Sodol digər rus generallarından daha çox Ukrayna əsgərinin ölümünə səbəb olub.

Ukrayna generalları arasında yaranan gərginliyə isə prezident Volodimir Zelenski müdaxilə edib. Belə ki, dövlət başçısı Sodolu vəzifəsindən azad edib.

Rafi Müslümov

COP29

www.yenicag.az

347
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv