!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ukraynaya göndərilən silahlar rekord sürətlə, bəzən saatlar ərzində çatdırılır” – ABŞ diplomatı

!Reklam – Yazi

ABŞ-nin Ukraynadakı səfirliyinin rəsmisi bu ölkəyə göndərilən silahların çatdırılmasında operativliyin təmin olunduğunu deyib.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, ABŞ-nin Ukraynadakı səfirliyinin təmsilçisi Den Lanqenkemp bu barədə “Rada” kanalında təşkil olunan telemarafonda danışıb.

Diplomatın sözlərinə görə, Ukraynaya silahlar ABŞ-də əvvəldən hazırlanmış anbarlardan göndərilir:

“Bəli, o silahlar Ukraynaya əvvəldən hazırlanmış anbarlardan göndərilir. Yəni biz onun daha asan yolla göndərilməsinin yolunu rahat tapırıq.

Həmin silahlar Ukraynaya rekord sürətlə, bəzən saatlar ərzində, bir gündən də az müddətdə çatdırılır. Bununla siz özünüz də göndərilmədəki operativliyi təsəvvür edə bilərsiniz. Məsələn, biz haubitsalar haqda danışdıq, onlar gəldilər və o silahlar artıq Ukraynada istifadə olunur”.

www.yenicag.az

286
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv