!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Umayra Tağıyevanın adı bu siyahıya daxil oldu

!Reklam – Yazi

87814Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunun iqlim və aqroiqlimşünaslıq şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Umayra Tağıyevanın adı Dünya Meteorologiya Təşkilatının dünyanın aparıcı qadın elmi əməkdaşları siyahısına daxil edilib

Yenicag.az qafqazinfo-ya istinadən bildirir ki, Coğrafiya İnstitutundan Azərtac-a bildiriblər ki, təşkilatın TOP-10 siyahısında azərbaycanlı meteoroloqla yanaşı, ABŞ, İtaliya (iki nəfər), Argentina, Çili, Litva, Dominikan Respublikası, Tanzaniya və Macarıstandan qadın əməkdaşlar yer alıblar.

Qeyd edək ki, 1950-ci ildə yaradılmış Dünya Meteorologiya Təşkilatı BMT-nin meteorologiya sahəsində ixtisaslaşmış hökumətlərarası qurumudur. Təşkilat BMT-nin Yer atmosferinin vəziyyəti və onun okeanlarla əlaqələri sahəsində müşahidə məsələləri üzrə səlahiyyətli orqanıdır. Dünya Meteorologiya Təşkilatının mənzil-qərargahı Cebevrədədir.

Təşkilatın yaranması barədə Konvensiyanın qüvvəyə mindiyi gün – martın 23-ü Dünya Meteorologiya Günü kimi qeyd edilir.

www.yenicag.az

410
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv