“Union Grand Energy” koronavirusla mübarizəyə iki milyon manat ayırdı

“Union Grand Energy” şirkəti Prezident İlham Əliyevin çağırışına qoşularaq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 000 000 manat vəsait köçürüb.

Qeyd edək ki, İlham Əliyevin 2020-ci il 19 mart tarixli fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.