!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Ünvanlı sosial yardım üçün YENİ ŞƏRTLƏR: “Bir il ərzində ailənin gəliri artmayıbsa....” – Vüqar Bayramov

!Reklam – Yazi

“4 nəfərlik aztəminatlı ailədə kommunal xərc üçün limit 76 manatdan 108 manata çatdırılacaq”.

Yenicag.az xəbər verir ki, bu sözləri Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin ötən gün keçirilən iclasında “Ünvanlı Dövlət Sosial Yardımı haqqında” Qanuna ediləcək dəyişikliklərlə bağlı müzakirə zamanı çıxışı edən deputat Vüqar Bayramov deyib.

Vüqar Bayramov qeyd edib ki, ünvanlı dövlət sosial yardımı üçün müraciət zamanı kommunal xərclərin payı ilə bağlı müəyyənləşdirilən limitlərin artırılması məqsədəuyğun olardı. Bu, daha çox sayda aztəminatlı ailələrə ünvanlı sosial yardıma müraciət imkanı yarada bilər:

“Hazırda adambaşına düşən kommunal xərc yaşayış minimumunun 10 faizindən çox olduğu halda ailə ünvanlı sosial yardım üçün müraciət edə bilmir. Yəni ünvanlı sosial yardıma müraciət üçün ailədə adambaşına kommunal xərcin məbləği aylıq 19 manatdan çox olmamalıdır.

Qeyd edim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kommunal xərclərin payının artırılması ilə bağlı danışıqlar aparıldığını bildirdi. Dəyişikliklər qəbul olunduqdan sonra bu limit adambaşı 19 manatdan 27 manata çatdırılacaq. Bu o deməkdir ki, 4 nəfərlik ailədə kommunal xərc üçün limiti 76 manatdan 108 manata çatdırılacaq. Bu isə daha çox aztəminatlı ailə üçün ünvanlı sosial yardım müəyyənləşdirilməsinə imkan yaradacaq”.

Vüqar Bayramov təklif təklif edib ki, sosial yardım təyin edilən birinci ildə aztəminatlı ailənin gəlirlərində dəyişiklik baş vermədiyi halda, sosial yardımın təyin edilməsi müddəti daha bir il uzadılsın:

“Yəni aztəminatlı ailəyə 1 illik sosial yardım müəyyənləşir və həmin il ərzində ailənin gəlirləri dəyişmədiyi halda, “zaman ekstenşini” olsun, ailə üçün avtomatik ikinci il üçün də sosial yardım təyin olunsun.

Ünvanlı dövlət sosial yardım proqramında rebrendinqin həyata keçirilməsini tövsiyə etdim. Bu, proqrama olan inamın və eləcə də səmərəliliyin yüksəlməsinə səbəb ola bilər”.

Gülşən Şərif

www.yenicag.az

1627
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv