!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Uşağı gün altına çıxarmaq olmaz - Pediatrdan HƏYƏCAN TƏBİLİ

!Reklam – Yazi

Ultrabənövşəyi şüaların ifrat dərəcədə olması dəri xərçənginin əmələgəlmə riskini artırır, dərinin qocalmasını tezləşdirir, immuniteti aşağı salır.

Yenicag.az xəbər verir ki, pediatr-neanotoloq Nurəngiz Hacıyeva yay fəsli ilə əlaqədar aktual olan bir mövzuda məlumat paylaşıb.

Bəs bu isti günlərfə şüalanmadan necə qorunmaq olar?

Bunun üçün UV-indeks istifadə edilir. Müasir telefonların hamısında bu funksiya var. Telefonda “Hava” bölməsinə daxil olun və görəcəksiniz ki, axırıncı sətirdə UV indeks gedir.

UV index günün və ilin vaxtından, məkan və havadan, onların təsiri isə dərinin növündən asılıdır.

Həkim bildirib ki, bu qiymətləndirmə 0-dan 11-ə qədər olur. İndexin göstəricisinə əsasən, uşağı havaya çıxarmaq olar və ya olmaz olduğunu biləcəksiniz. Məsələn, UV İNDEX 0-2 göstərirsə, havaya çıxmaq üçün təhlükə yoxdur, yəni siz və uşaq üçün şüalanma riski aşağıdır, müdafiə üçün SPF-ə belə ehtiyac yoxdur:

“Gündüzlər kölgədə olun, uşağa açıq rəngli çit papaq geyindirin, SPF günəş əleyhinə kremdən istifadə etsəniz, çölə çıxarmaq olar. 8-dən çox olduqda, gücləndirilmiş müdafiə lazımdır. Günorta saatlarında kölgədə gözləyin, evdən çıxanda isə kölgədə durun”.

Azərbacycanda yay fəslində UV in ən təhlükəli səviyyəsi saat 10 dan 16 dək olur.

UV şüaların intensivliyini suda 50%, hündürlük isə dəniz səviyyəsindən hər 1000 metr hündürlükdə 16% gücləndirir. Bu şüaların 80%-i su səthinin 50 sm dən keçir, ona görə də suda da şüalanmaq olar. UV buludlardan da keçir. Yağışlı gündə də şüalanmaq olar. UV indeks nə qədər yüksək və dəri nə qədər zərifdirsə, günəşdən bir o qədər tez və güclü qorunmaq lazımdır. Günəş əleyhinə kremdən UV indeks 3-dən çox olduqda nazik qatla istifadə edilməlidir. Südəmər uşaqlara dərinin xüsusiyyətlərindən asılı olaraq daim kölgədə qalmaq və ya havada səhər 6 dan 10 kimi papaqsız qalmaq məsləhətdir.

3 yaşına qədər uşaqlarda dərinin melanotsitləri dərini qorumaq üçün lazımi miqdarda melonin hazırlaya bilmirlər.

www.yenicag.az

220
Ads
www.veteninfo.com
!Reklam – Arxiv