Alman polisi 3 yaşlı Aylanın ölümünə sevinən gəncin evinə basqın edib.
Yenicag.az anspress-ə istinadən xəbər verir ki, Avropa ölkələrinə qaçaq yollarla getməyə çalışarkən Egey dənizinin Bodrum sahillərində qayığın batması ilə cəsədi sahilə çıxan Aylan Kurdinin ölümü Almaniyalı bir gəncin sevincinə səbəb olub.
26 yaşlı həmin gənc sevincini sosial şəbəkə vasitəsi ilə də insanlara çatdırıb. O, üç yaşlı uşağın fotosunu paylaşaraq bütün dünyada ürəkləri sızladan bu hadisə barədə yazıb: “Kədərlənmədik, əksinə sevinirik. Sadəcə, bir miqrant daha azaldı. Onsuzda dəniz bundan əvvəl də çox sayda miqrantı öz ağuşuna alıb.” yazıb.
Həmin status alman polisini hərəkətə keçirib. Onlar Berlinin Hellersdorf qəsəbəsində yaşayan Almaniya vətəndaşının evinə basqın edib, həmin gəncin mobil telefonunu və komputerini əlindən alıb.
3 yaşlı Aylan Kurdi ilə yanaşı onun 5 yaşlı qardaşı Galip Kurdinin meyitini də dalğalar sahilə çıxarmışdı.
Bu hadisə insanlar arasında o qədər geniş miqyas almışdı ki, G20 konfransının açılışında çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan acınacaqlı şəkilldə həyatını itirən 3 yaşlı uşağın hesabını bütün dünya verməyəcəkmi deyə dünyaya sual da ünvanlamışdı.
Dənizdə Kürdi ailəsindən başqa 2 qayıqda 5 nəfəri uşaq olmaqla 12 suriyalı həyatını itirmişdi. Qəza nəticəsində batan 2 nəfərin meyitini hələ də tapmaq mümkün olmayıb.
Yunanıstana Aralıq dənizi vasitəsi ilə keçmək istəyən suriyalı Aylinin, qardaşı və anasının cənazələri hadisədən bir gün sonra Suriyanın Kobani şəhərinə aparılıb.
www.yenicag.az