!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Uşağınızın sağlamlığını savadlı bir mütəxəssisə həvalə edin" - Pediatr Zarina Şixzadayeva

!Reklam – Yazi

Zarina xanım, niyə məhz bu peşəni seçdiniz?

– Düşünürəm ki, burada irsi amil rol oynayır. Bir həkim ailəm var və uşaqlıqdan bəri tibbə, yəni pediatriyaya olan sevgim inkişaf etmişdir.

– Artıq neçə ildir ki, bu sahədə çalışırsınız?

– 2024-cü ilin sentyabr ayında 14 il olacaq.

– Hansı nailiyyətləriniz var?

– 2017 – Türkiyə, Stanbul, TIP DİL (İngilis dili).

2020 – Bakı, PROACT təlim proqramı, “Təməl Həyat Dəstəyi (BLS)”.

2020 – Bakı, PROACT təlim proqramı, “COVİD-19 xəstələrin xəstəxanada idarə olunması”.

2020 – Bakı, PROACT təlim proqramı, “COVİD-19 virus infeksiyasının müalicəsi və profilaktikası”.

2021- “Qan və sidik analizlərinin normativləri. Uşaqların fiziki inkişaf qrafikləri” (1-ci nəşr) kitabın müəllifi.

2021 – Izmir, Türkiyə, Tınaztepe Hastanesi, Neonatolojoji ve Pediatri.

2022 – İzmir, Türkiyə, EGE Hastanesi, Genel Pediatri.

2023 – Austria, Salzburg, The Children’s Hospital of Philadelphia and The Medical University of Graz, Pediatric Endocrinology and Nephrology seminars.

2023- “Qan və sidik analizlərinin normativləri. Uşaqların fiziki inkişaf qrafikləri” (2-ci nəşr) kitabın müəllifi.

Hər il – Azərbaycan Pediatriya Cəmiyyətinin Milli konqresləri və s.

– Hansı yaş qrupuna aid uşaqlara çalışırsınız?

– Sıfır aydan on səkkiz yaşına qədər uşaqlarla işləyirəm.

– Pediatrın iş prinsipi nədən ibarətdir.

– Pediatr 18 yaşadək uşaqların fiziki və nöropsik inkişafını qiymətləndirən, bir sıra xəstəliklərin qarşısının alınması və müalicəsi ilə məşğul olan bir mütəxəssisdir.

– Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?

– Uşağın zəif iştahı; Uşaq tez-tez xəstələnir; körpələrin qidalanması; check-up üçün hansı laboratoriya testləri və necə düzgün keçmək olar? Daha çox bu və digər məsələlərə bağlı müraciətlər və suallar olur.

– Bir mütəxəssis olaraq nəyə “yox” deyirsiniz?

– Valideynlərindən xahiş edirəm ki, uşaqları çöpçüyə aparmasınlar. Uşağınızın sağlamlığını savadlı bir mütəxəssisə həvalə edin, uşağınıza xəsarət yetirməyin.

Əlaqə nömrəsi: (051) 305 99 38
Instagram:
dr_zarina_shikhzadayeva
Facebook:
Zarina Shikhzadayeva
TikTok:
@zarinashikhzadayeva
e-mail:
[email protected]

www.yenicag.az

603
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv