!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Uşaqlarda kompleks yaradan SƏBƏBLƏR: “Valideynlər övladlarına özlərini ifadə etmək üçün...”

!Reklam – Yazi

“Bizə bəsit görünən bədən refleksləri uşaqların gələcəkdə dolğun şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərir”.

Bu fikirləri bəzi uşaqlarda müntəzəm müşahidə olunan və normal qarşılanmayan üz-bədən reflekslərinin səbəbini izah edən psixoloq Əfsanə Rüstəmova Yenicag.az-a açıqlamasında deyib.

Psixoloqun sözlərinə görə, belə vərdişlər stressin, gərginliyin, özünəinamın olmamasının əlamətidir və bu kimi hallarda mütəxəssisə müraciət etmək lazımdır:

“Uşaqlar özlərini dəqiq ifadə edə bilmədikdə, emosiyalarını bədənlərinin hansısa bir yerini qaşıyıb qanadaraq, dodaqlarını çeynəyərək və ya dırnaqlarını yeyərək ifadə etməyə çalışırlar.

Bütün bunlar stressin, gərginliyin, özünəinamın olmamasının əlamətidir. Adətən, belə vərdişlər həssas, qorxaq təbiətli uşaqlarda müşahidə olunur. Əslində, bizim üçün bəsit görünən bu bədən refleksləri uşaqların gələcəkdə dolğun şəxsiyyət kimi formalaşmasına mənfi təsir göstərir. Nəticədə həmin uşaqlar sosial həyatda kompleksli, işgüzar həyatda isə çox zaman uğursuz olurlar.

Belə hallarla rastlaşanda, mütəxəssisdən məsləhət almaq zəruridir. Vurğulanan vərdişlərin aradan qaldırılması, əsasən, ailələrdən asılıdır. Valideynlər övladlarına özlərini ifadə etmək üçün şərait yaradaraq onları dinləməli və uşaqlarına söz haqqına malik şəxsiyyət olduqalarını tez-tez xatırlatmalıdırlar”.

Nuray Məmmədzadə

www.yenicag.az

706
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv