!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vasif Talıbovun qızının yerinə gətirilən Binnət Novruzov kimdir? - DOSYE

!Reklam – Yazi

“Naxçıvan Bank” ASC-nin Müşahidə Şurası (MŞ) yenidən formalaşdırılıb. Əvvəllər “Rabitəbank” ASC-də baş direktor olan Binnət Novruzov “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının yeni sədri təyin olunub.

Yenicag.az Binnət Novruzovun dosyesini təqdim edir.

1981-ci ildə anadan olan Novruzov Binnət Yasin oğlu 1998-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb.

2007-2008-ci illərdə “Unibank” ASC-də, 2009-2010-cu illərdə “Bank of Baku” ASC-də çalışıb. 2016-2021-cı illərdə “Rabitəbank” ASC-də Baş direktor olub.

Binnət Novruzov 2021-2022-ci illərdə Dubayda (BƏƏ) fəaliyyət göstərən “SOCAR Overseas Ltd” şirkətində direktor müavini olub.

“Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının yeni sədri hazırda İngiltərnin Mançester Universitetində magistr təhsili alır.

Qeyd edək ki, Binnət Novruzov eyni zamanda “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının 3 üzvündən biridir. Binnət Novruzov Müşahidə Şurası üzvlüyündən azad olunan Baharxanım Talıbovanın yerinə təyin olunub.

Baharxanım Talıbova Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin bu yaxınlarda istefa verən sədri Vasif Talıbovun qızıdır.

www.yenicag.az

8818
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv