!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vaşinqton görüşünün NƏTİCƏLƏRİ: "Ermənistanla Rusiya qarşı-qarşıya qalacaq" - RƏY

!Reklam – Yazi

“Vaşinqton görüşündən sonra Ermənistanla Rusiya qarşı-qarşıya qalacaq”.

Bu fikri sülh danışıqları, ABŞ-də keçirilən görüşlər və gözlənilən nəticələri şərh edən politoloq Yusif Bağırzadə Yenicag.az-a açıqlamasında deyib.

Yusif Bağırzadə bildirib ki, Ermənistanın vəziyyəti görünəndən də çətindir:

“Üçtərəfli bəyanat əsasında öhdəliklər maddə-maddə göstərilib. Həmin öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar hər üç tərəf də öhdəlik götürüb. Hazırda Ermənistan götürdüyü öhdəliyi yerinə yetirmir. Moskva da bununla bağlı heç bir hərəkət etmir. Əksinə, sülhməramlıların qeyri-qanuni hərəkətlərini görürük. Sülhməramlıların fəaliyyətində böyük nöqsanlar var. Qarabağa silah-sursat daşınırdı. Hətta ruslar Avropadan separatçılara dəstək verən adamların daxilə keçməsinə şərait yaradırlar. Bu o deməkdir ki, Rusiya da öhdəliklərini yerinə yetirmir, yaxud Ermənistana təsir edə bilmir, ya da bilərəkdən etmir. Bu o deməkdir ki, bu format günü-gündən öz qüvvəsini itirir.

Rusiya istəyir ki, sülhməramlılar orada daimi qalsın. Digər tərəfdən də, postsovet məkanındakı münaqişələrdən birinin bitməsini istəmirlər. Rusiya hazırda Azərbaycana təsir edə bilməz. Çünki Rusiya hərbi bazası Azərbaycanda yoxdur. Ermənistanda Rusiya hərbi bazası var. Ermənistan sərhədlərini rus ordusu qoruyur.

Vaşinqton hadisələrə obyektiv yanaşmağa başlayıb. Ermənistanın məkirli oyunlarından xəbərdardır. Vaşinqtona lazımdır ki, Qafqazdan rus ordusu çıxarılsın. Ona görə də münaqişə həll olunmalıdır. Vaşinqtondakı görüşə optimist yanaşıram. Hesab edirəm ki, bu, nəticə verəcək. Ermənistan artıq başa düşür ki, Vaşinqtonu erməni lobbisi aldada bilməz. Onların Fransadan başqa üz tutacaqları yerləri yoxdur”.

Səxavət Məmməd

www.yenicag.az

464
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv