Vaşinqtonun "Müctəba Xamneyi" PLANI: Dezinformasiya yoxsa hədəf müəyyənləşdirmə?

media-hightechnic-468x90

“Bunlar ABŞ tərəfindən yayılan dezinformasiyalardır”.

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Azad Məsiyev bildirib.

Nüfuzlu “CBS News” media orqanı tərəfindən yayımlanan məlumata görə, İranın yeni dini lideri Müctəba Xamneyinin yeraltı sığınacaqların birində gizləndiyi və ölkəni “kuryer” vasitəsilə idarə etdiyi bildirilib. Media orqanı iddia edir ki, M. Xamneyi kuryerlər vasitəsilə dövlət qurumlarına mesajlar göndərərək tapşırıqlar verir.

Politoloq Azad Məsiyev bu iddiaları Amerikanın dezinformasiyası adlandırıb:

“ABŞ prezidenti İranın dini liderinin qətlinə göstəriş vermişdi. Amerika Silahlı Qüvvələri əməliyyatlar zamanı son dini lideri qətlə yetirdi. ABŞ nümayişkəranə şəkildə bildirdi ki, öldürülmüş liderin yerinə kim seçilsə, onu da qətlə yetirəcəklər. Bu baxımdan, yeni seçilmiş liderin təhlükəsizliyini qorumaq üçün onun yerini gizli saxlayırlar. ABŞ-ın nəzarətində olan kütləvi informasiya vasitələri İranın yeni dini liderinin yaralandığını, xüsusi təyyarə ilə Moskvaya aparılaraq orada müalicə olunduğunu, hətta ayağının kəsildiyini yayırdılar. Məqsəd yeni dini liderin yerini müəyyən etmək idi. ABŞ kəşfiyyatı onun yerini müəyyən edə bilmədiyi üçün belə addımlara əl atır. İranın xüsusi xidmət orqanları və dini liderin təhlükəsizliyini qoruyan qurumlar Amerikanın bu niyyətini gözəl anlayır, ona görə də onun yerini məxfi saxlayırlar. Aydın məsələdir ki, yeri müəyyən olunarsa, onun da qətlinə fərman veriləcək. Bu, açıq şəkildə ABŞ tərəfindən bəyan olunub, baxmayaraq ki, İrana qarşı rəsmi şəkildə açıq müharibə elan edilməyib”.

A. Məsiyev hazırda İranın yeni dini liderin tapşırıqları ilə idarə olunduğunu qeyd edib:

“Hazırda dövlətin idarə olunmasında onun verdiyi tapşırıqlar icra olunur. ABŞ isə hələ də onun yerini müəyyən etməyə çalışır. Ona görə də düşünürəm ki, bu cür informasiyalar ABŞ tərəfindən dezinformasiya olaraq yayılmaqdadır”.

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05