Reklam: High Technic
hightechnic

“Vergilər Nazirliyi indi adam balası kimi işləyir” – Cavid Qurbanov

Reklam: Sinerji Pro

“Dövlət zəmanəti ilə vəsait, kredit götürüb, onu da vaxtında və təyinatı üzrə xərcləyən dövlət qurumları da var”.

Yenicag.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 22-də keçirilən iclasında “2017-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı adıçəkilən komitənin üzvü Əli Məsimli bildirib.

Millət vəkili onların fəaliyyətinin şəffaf və təqdirəlayiq olduğunu bildirib.

Bununla yanaşı, Ə. Məsimli bəzi qurumların da dövlət zəmanəti ilə götürdüyü vəsaitləri, kreditləri təyinatı üzrə sərf etməmələrindən narazılığını dilə gətirib.

“Onlar həmin pulları təyinatı üzrə xərcləmirlər, “yeyirlər”. Bunlara çox ciddi şəkildə diqqət yetirilməli və ölçü götürülməlidir”.

Millət vəkili Cavid Qurbanov isə neft məsələsini artıq bir tərəfə qoymağı məsləhət bilib:

“Neft məsələsini unutmaq lazımdır. Hər dəfə söhbəti hərləyib-fırladıb, neftin üzərinə gətiririk. Bu, düzgün deyil. Neft ucuzlaşacaq, neft bahalaşacaq, bunları bir kənara qoymaq lazımdır. Biz işləməliyik.

Yeni velosiped də icad etmək lazım deyil. Vergilər Nazirliyi də indi adam balası kimi işləyir, irəliləyiş, müsbət tendensiya göz önündədir…Gömrükdə də işlər yoluna düşməkdədir…

Allah bizə də insaf versin, biz də işləmələyik…Bu gün nə edilirsə, Azərbaycan xalqının rifahı üçün edilir…Hər kəs öz işini görməlidir…Hər kəs də yaxşı işləsin ki, baxıb, fəxr edək”.

www.yenicag.az

2440