!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətəndaşların şikayətinə verilən CAVAB: “125” bu səbəbdən gecikir” - RƏSMİ

!Reklam – Yazi

Ötən həftə “28 May” metrostansiyasından Lökbatan qəsəbəsi istiqamətində fəaliyyət göstərən 125 nömrəli marşrut xəttindən sakinlərin narazı olmasını yazmışdıq. Həmin xəbərimizdə Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab verilmədiyini qeyd etmişdik. Bu dəfə isə sorğumuza cavab ala bildik.

Yenicag.az-a Yerüstü Nəqliyyat Agentliyindən verilən açıqlamada 125 nömrəli marşrutun nəqliyyat sıxlığı səbəbindən gecikdiyi bildirilib:

“BakuBus” MMC nin istismarında olan 125 nömrəli müntəzəm marşrut xəttində gündəlik sərnişin təlabatına uyğun olaraq 17 avtobus səhər saat 06:00-dan axşam saat 00:00-a kimi fəaliyyət göstərir. Avtobuslararası interval 7-9 dəqiqə təşkil edir. Lakin xüsusən günün səhər və axşam pik saatlarında 28 May küçəsi, Mikayıl Useynov prospekti və Zərifə Əliyeva küçəsində yaranan nəqliyyat sıxlığı səbəbindən avtobuslar aralıq dayanacaqlara vaxtında çata bilmir. Nəticədə marşrut üzrə böyük intervallar yaranır. Bu cür ləngimələrin qarşısını müəyyən qədər almaq üçün M.Useynov prospektində avtobus zolaqları təşkil olunsa da, digər sürücülər tərəfindən zolağın tələbinin kobud şəkildə pozulması həmin hissədən keçən marşrut xətləri üzrə avtobusların hərəkət intervallarında gecikmələri qaçınılmaz edir”.

Sadiq Cavadov

COP29

www.yenicag.az

229
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv