Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Vəzifədən çıxarılan kimi ölkədən qaçdı - Bu hadisə Abdin Fərzəliyevin başını ağrıdacaq

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abidin Fərzəliyev şöbə müdirini işdən çıxarıb.

Yenicag.az xəbər verir ki, A.Fərzəliyevin əmri ilə Nərimanov Rayon İcra Hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Abdullayev Rəfail Hüseynqulu oğlu vəzifəsindən azad edilib. Buna səbəb R.Abdullayevin vətəndaşları incitməsi və rayon ərazisində tikilən hündürmərtəbəli binaların sahiblərinə qarşı dələduzluq etməsi olub.

Bundan başqa, sabiq şöbə müdiri “RR” MTK-nın sahibi olan qardaşı Nadir Abdullayevin şəriklərinin də pullarını mənimsədiyi bildirilir. Belə ki, Rəfail Abdullayev məsuliyyətdən yayınmaq üçün ölkəni tərk edərək Ukraynaya qaçıb.

Məsələ ilə bağlı sabiq şöbə müdirinin qardaşı, “RR” MTK-nın sahibi Nadir Abdullayev Unikal.org-a açıqlama verərək bildirib ki, qardaşı bir neçə aydır ki, işdən çıxıb:

“Onun işdən çıxması və ölkədən qaçması ilə bağlı başqa heç nə deyə bilmərəm. Biz doğrudan da bina tikintisi ilə məşğuluq. Qardaşımın səhhətində ciddi problem var”./Unikal.org/

www.yenicag.az


Paylaşılan Hostinq
1.49 ₼ -dan başlayan qiymətlərlə
* 5GB Disk Həcmi
* Limitsiz Trafik
* 1 Hesabdakı saytlar
* 5 Subdomen
* 10 E-poçt
Daha ətraflı məlumat üçün: https://hostimul.com/az/hosting-xidmeti/

1282
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
Margin

Seçki 2020
MARGIN-BOTTOM