!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vicdanı susmuşların danışmaqlığı və acı reallıq… - “A-dan Z-yə Aqil Ələsgərlə” / VİDEO

!Reklam – Yazi

“A-dan Z-yə Aqil Ələsgərlə” üçüncü sezonunun beşinci buraxılışı ilə görüşünüzə gəlib.

Budəfəki mövzu rüsumların artırılması  və bahalaşma ilə bağlıdır.

Buraxılışın videosu:

Buraxılışın mətni:

Əslində post-müharibə dönəmində rüsumdan qiymətə bahalaşma gözlənilən və normaldır. Ancaq təqdimetmə və müdafiəni deputat-ekspert xoru elə bərbad qurublar ki, hər kəs haqlı olaraq sual verir ki, niyə?

İki ildir həm də pandemiyanın bütün yükü kasıbın üstündədir. Dövlətin ayırdığı 190 manatı kasıba verməmək üçün dəridən-qabıqdan çıxan məmurlar ordusu cərimələrdən sonra rüsumlarla da kasıbın nəfəsini kəsirlər. Bəli, kasıb hər dəqiqə boşanan deyil, nə də istəsə də vətəndaşlıqdan çıxan. Ancaq qalxan hər cərimə, hər rüsum kasıbın qida səbətinə bir təpik vurur, bir az da boşaldır.

Və hər dəfə qiymət qalxanda hansısa dövlət qulluqçularının maaşlarının və ya pensiyaçıların təqaüdlərinin minimal artdığı və ya artacağı şad xəbəri iri hərflərlə verilir. Bəs digər sektorlar, can-ciyər? Bəs əksəriyyətin çalışdığı özəl sektor? Deyəcəksiniz ki, işçi iş adamından tələb etsin. İş adamında taqətmi qalıb? Vətəndaşı addımbaşı cəzalandıran məmur tayfası iş adamının dizində təpərmi qoyub? Bir ara Prezident məsələyə əl qoyduğu üçün rahat nəfəs alan iş adamının yenidən cənabın məmura silləsinə ehtiyacı var. Bir də millətə qahmar çıxmayanların susmasına. Başa düşürəm, bir çoxu öz ağlıyla guya gündəm dəyişir, əksinə tam əks effet verir etdikləri mütrüblük. Onun üçün susmaları daha faydalıdır o həmin birilərinin. Vicdanları kimi… Vicdanlarına qulaq versinlər və o necə illərdən bəri dinməz-söyləməzdisə, onlar da onun kimi sussunlar… Çünki danışdıqca batır və batırırlar…

www.yenicag.az

818
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv