2024-cü ilin oktyabrın 1-nə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 3,7% artaraq 789,7 min olub.
Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeyd edək ki, bu dövrdə aktiv ƏDV ödəyicilərinin sayı 11,5% artaraq 51 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı isə 3,8% artaraq 212,2 təşkil edib.