Ramazanda ən çox verilən suallardan biri də səfərdə olan şəxslərin oruc tutması ilə bağlıdır. Dinimizə görə səfərdə olan şəxslər oruc tutmaya bilərlər. Bu barədə Qurani-Kərimdə buyurulur: “...Sizdən kim xəstə və ya səfərdə olarsa, tutmadığı günlərin sayı qədər başqa günlərdə oruc tutsun!..” (əl-Bəqərə, 184). Beləliklə səfərdə olan şəxs oruc tutmaya bilər. Ancaq bir şərtlə ki, sonradan onun qəzasını tutsun.