!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sayt rəhbərinin kompüteri OĞURLANDI - FOTO

!Reklam – Yazi

İrəvanın mərkəzində xəbər saytının direktorunun avtomobilindən kompüteri oğurlanıb.

Yenicag.az xəbər verir ki, 24news.am xəbər saytının direktoru Narek Qalstyan özü oğurluq barədə Facebook sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

“Hadisə belə olub. Mən maşını küçədə saxlamışdım. Bu zaman noutbuk olan portfel maşında idi. Yəni bu müddət ərzində oğurlanıb. Maşına ziyan dəymədən qapı açılıb.

Bu, avtomobilin açarının tezliyini götürdükdə mümkündür. Maşından başqa heç nə götürülməyib.

Polisə ərizə verdim. Amma qəribədir ki, şəhərin mərkəzində bu qədər kamera ola-ola belə bir şey baş verir. Məncə, bütün bunlar təsadüfi deyil. Nəticəsini görəcəyik”, – o yazıb.

Xuraman Etibarlı

www.yenicag.az

143
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv