İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavininin verdiyi bu açıqlama ilk növbədə beynəlxalq hüququn təməl prinsip və normalarına hörmətin əlamətidir. Bu, eyni zamanda, ölkələrin daxili işlərinə müdaxilənin və Azərbaycanla Ermənistan arasında normallaşma və sülh prosesi kimi həssas məsələ ilə bağlı məsuliyyətsiz yanaşmadan çəkinilməsinin nə dərəcədə vacib olduğunu nümayiş etdirir.