Son zamanlar cəmiyyətdə dəm qazından boğulma halları artıb. Demək olar ki, hər gün bu cür bədbəxt hadisələr nəticəsində ölüm halları ilə qarşılaşırıq. Mütəxəssislərin fikrincə, bu cür hallar daha çox qaz cihazlarının düzgün quraşdırılmaması və texniki cəhətdən nasaz olması ilə bağlıdır.