2023-cü ilin dekabr ayından Bakı yollarında velosiped zolaqlarının çəkilməsi prosesi intensivləşdi. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) verdiyi məlumata görə, layihənin ilkin mərhələsi Bakı şəhərinin əsasən mərkəzi hissələrini - İstiqlaliyyət küçəsi, Azərbaycan prospekti, Mirzəağa Əliyev küçəsi, Bülbül prospekti, Fikrət Əmirov küçəsi və Bulvar ərazisini əhatə edəcək. Mərhələli şəkildə digər küçələrdə də bu tip velosiped zolaqları salınaraq davamlılıq təmin ediləcək.