Yaşa görə ödənilən 220 manat sosial müavinət olduğu üçün əmək pensiyaları kimi indeksasiya mexanizminə daxil deyil. Lakin dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamlarla biz mütəmadi olaraq yaşa görə verilən müavinətin də artırılmasını müşahidə etmişik. Adətən minimum pensiyada artım baş verən zaman məhz həmin müavinətlərdə də artımlar olur.