®Dünyanın nüfuzlu “Global Finance” jurnalı “Fevral 2024-Ticarət Maliyyəçisi Xüsusi Buraxılışı”nda dərc olunacaq eksklüziv sorğuya əsasən 11 qlobal, 8 regional kateqoriyada, 100-dən çox ölkə və ABŞ-ın 8 regionu üzrə “Ən Yaxşı Ticarət Maliyyəsi Təminatçısı” (“Best Trade Finance Providers”) mükafatının qaliblərini təyin edib. Mükafatçıların sırasında ölkənin birinci bankı Kapital Bank da yer alıb. Qaliblər BAFT Assosiasiyası tərəfindən Frankfurt şəhərində keçirilən tədbirdə elan edilib.