"Burada deputatlarımızı maraqlandıran və maraq doğuran məsələ siqaret istehsalı sahəsində fəaliyyət göstərmək istəyən subyektlərin dövlət qeydiyyatına alınması zamanı avadanlıqlara dair 34 milyon manat vəsaitin olması məsələsi idi. Bu, İqtisadiyyat Nazirliyi tərəfindən əsaslandırılıb. Müəyyən xarici ölkələrin təcrübəsi nəzərə alınıb".