“Seysmologiya Sahəsində Maarifləndirmə” İctimai Birliyi Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dəstəyi Şurası”-nın elan etdiyi 2024-cü il Kiçik Qrant müsaqibəsinin qalibi olmuş və məktəbli və tələbələr arasında “Seysmoaktivlik və sürüşmə təhlükəsi”nın təbliği məqsədilə Şamaxı və İsmayıllı rayonlarında maarifləndirmə tədbirləri keçmişdir. Layihənin bu rayonlarda keçirilməsinin əsas məqsədi həmin zonaların kifayət qədər seysmoaktiv olması, eləcə də sürüşmə prosesinin tez-tez baş verməsidir.