103 illik zəngin ənənəyə malik Polis Akademiyası bu gün Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində tarixi inkişaf mərhələsinə qədəm qoyub. Akademiyanın yeni inşa olunmuş 1500 nəfərlik tədris korpusu və yataqxana kompleksinin artıq kursantların istifadəsinə verilməsi məhz Ali Baş Komandanın hərtərəfli diqqətinin əyani təzahürüdür. Görülən son işlər sayəsində asayiş keşikçilərinin hazırlanması üçün Polis Akademiyasında müasir meyarlara cavab verən təhsil prosesinin həyat keçirilməsi məqsədilə infrastruktur təminatı ən yüksək səviyyəyə çatdırılıb, maddi-texniki baza daha da möhkəmləndirilib.