Sankt-Peterburq Dövlət Universitetinin Elmi Şurası Qara Dəniz və Xəzər Dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, Azərbaycan Respublikasının Əməkdar hüquqşünası, Rusiya Elmlər Akademiyasının akademiki, hüquq elmləri doktoru, professor İlham Rəhimovu “Dövlətlərarası münasibətlərin inkişafında göstərdiyi böyük xidmətlərə görə” Sankt-Peterburq Dövlət Universitetinin Fəxri doktoru adına layiq görüb.