"1 yanvar 2025-ci il tarixdən Rusiya Federasiyasında miqrasiya sahəsində yeni qaydalar qüvvəyə minəcəkdir. Belə ki, bu tarixdən etibarən Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyası ərazisində müvəqqəti olma müddəti bir təqvim ili ərzində cəmi 90 gün olacaq. Qeyd edilən müddət Rusiya Federasiyası qanunvericiliyində nəzərdə tutulmuş əsaslar mövcud olduqda (əmək fəaliyyəti üçün patent aldıqda, müvəqqəti yaşamaq üçün müraciəti qəbul olunduqda və s.) uzadıla bilər".