"2025-ci ildə daşınmaz əmlakın qiymətinin necə olacağı ilə bağlı nəsə demək çətindir. Şəhərsalma məsələləri çox önəmlidir. Düşünmürəm ki, 2025-ci ildə tikinti şirkətlərinə əvvəlki kimi sərbəstlik veriləcək. Amma ilin ikinci yarısından sonra şirkətlər kütləvi halda tikinti işlərinə başlayarlarsa, rəqabət yaranar və qiymətlər sabitləşər".