Ötən həftə Azərbaycanda, hətta dünya məhkəmə-hüquq sistemində nadir halda baş verən hadisələrdən biri qeydə alındı. Azərbaycanda ömürlük həbs cəzası almış məhkum 9 ildən sonra bəraət aldı. 2013-cü ildə birlikdə yaşadığı qadını və onun qardaşı qızını zəhərləyib öldürməkdə təqsirli bilinərək ömürlük azadlıqdan məhrum edilmiş Aydın Qəhrəmanov Ali Məhkəmənin qərarı ilə azadlığa buraxıldı. Məsələ ilə bağlı ilk olaraq Aydın Qəhrəmanovun vəkili Tərlan Azayev bildirib ki, müvəkkili ilə bağlı tezliklə kompensasiya üçün müraciət edəcəklər.