VII tura bu gün yekun vurulacaq
Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq.
Yenicag.az xəbər verir ki, son olaraq iki oyun keçiriləcək.
Günün ilk matçında “Karvan-Yevlax” “Sabah”ı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək. Yevlax təmsilçisi 5 xalla 10-cu, qonaqlar 8 xalla 6-cı pillədə qərarlaşıb. Bakı klubunun ehtiyatda bir oyunu var
Tura Qəbələdə yekun vurulacaq. Şəhərin eyniadlı komandası “Şamaxı” ilə üz-üzə gələcək. Bu görüş saat 17:30-da başlayacaq. Meydan sahibləri 4 xalla 11-ci, qonaqlar 6 xalla 9-cudur.
Misli Premyer Liqası
I dövrə, VII tur
5 oktyabr
15:00. “Karvan-Yevlax” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, İslam Məmmədov.
VAR: İnqilab Məmmədov.
AVAR: Namiq Hüseynov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Şamaxı şəhər stadionu
17:30. “Qəbələ” – “Şamaxı”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamranbəy Rəhimov.
VAR: Əliyar Ağayev.
AVAR: Zeynal Zeynalov.
Hakim-inspektor: Vüsal Əliyev.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun əvvəlki matçlarında “Araz-Naxçıvan” “İmişli”ni (2:0), “Qarabağ” “Kəpəz”i (1:0), “Turan Tovuz” “Sumqayıt”ı (3:0) məğlub edib. “Zirə” – “Neftçi” oyununda isə qalib müəyyənləşməyib – 2:2.