!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vitse-spiker Adil Əliyevdən müxalifətçi deputata SƏRT SUAL: “Demokratik yolla seçilmədiyinizi bildirirsinizsə, nədən...”

!Reklam – Yazi

“Özünüzün seçildiyinizə əmin deyilsinizsə, ümumilikdə Azərbaycan Parlamentinə niyə kölgə salırsınız?”

Yenicag.az xəbər verir ki, bu fikirləri özünün demokratik yolla seçilmədiyini etiraf edən parlamentin müxalifətçi deputatının ali qanunvericilik orqanının nüfuzuna zərbə vurmasını yolverilməz davranış kimi qiymətləndirən Milli Məclisin vitse-spikeri Adil Əliyev bildirib.

Adil Əliyev həmin deputatın məntiqsiz cavabının indiki həssas məqamda Azərbaycana qarşı informasiya savaşını genişləndirən Ermənistanın və onun havadarlarının işinə yaradığını vurğulayıb:

“Deməli, əlindəki telefonla həm “operatorluq”, həm də “jurnalistik” etməyə çalılşan birisi qarşısına keçən millət vəkillərindən birindən soruşub ki, “mənə bir deputatın adını çəkin ki, xalqın səsini qazanıb”.

Özünü müxalifətin nümayəndəsi sayan həmin millət vəkili bloqerliyə iddia edən “jurnalistin” sualına cavab verə bilmirsə, bu o demək deyil ki, bütün millət vəkillərinə qara yaxmalıdır.

Müxalifətdən olan millət vəkilinə verilən suala mən konkret cavab verirəm: “Adil Əliyevin necə millət vəkili seçildiyini və seçicilərinin problemlərinə necə yanaşdığını 20 saylı Nərimanov ikinci seçki dairəsindən öyrənə bilərsiniz. Bəli, mən seçicilərimin səsi ilə millət vəkili seçilmişəm”.

Sözüm “mən özüm haqqımda deyə bilmərəm ki, demokratik yolla seçilmişəm” deyən millət vəkilinədir: “Demokratik yolla seçilmədiyinizi bildirirsinizsə, nədən Milli Məclisin işində iştirak edirsiniz?

Uzaqbaşı cavab verə bilərdiniz ki, “başqasının yerinə danışa bilmirəm, ancaq mən demokratik yolla seçilməmişəm”. Özünüzün seçildiyinizə əmin deyilsinizsə, ümumilikdə Azərbaycan Parlamentinə niyə kölgə salırsınız? Axı Siz millət vəkili mandatı ilə tək parlamentin işində iştirak etmirsiniz, ölkəmizi müxtəlif beynəlxalq təşkilatlarda təmsil edir, konfrans və seminarlara qatılırsınız.

Sizin məntiqsiz cavabınız hazırkı həssas məqamda Azərbaycana qarşı informasiya savaşını genişləndirən Ermənistan hakimiyyəti, erməni separatçıları, erməni lobbisi və onların arxasında olan mərkəzlərin işinə yarayır”.

www.yenicag.az

491
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv