!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

“VPN istifadəçilərinin hamısının müxalif ovqatda olduqlarını söyləmək doğru deyil” - RƏY

!Reklam – Yazi

“Əlbəttə, müəyyən istisnalar da var və o kateqoriyaya aid insanlar rəsmi təbliğatın həqiqəti əks etdirmədiyini bilirlər”.

Bu fikirləri Ukraynaya hərbi təcavüzünü davam etdirən Rusiyada və onun yanında olan Belarusda insanların müstəqil informasiya mənbələrindən məlumat almaq imkanlarının məhdudlaşdırılmasının cəmiyyətin ovqatına təsirini dəyərləndirən Siyasi Texnologiyalar Mərkəzinin (STM) prezidenti Vəli Əlibəyov Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, istər Rusiya, istərsə də Belarusda dövlətin nəzarətində olan resursların məlumatlarına inam daha çoxdur:

“İlk olaraq onu deyim ki, informasiyasız saxlanılan cəmiyyətin idarə olunması daha rahatdır. Yəni cəmiyyət birtərəfli informasiyalarla təmin olunduqca onun idarə edilməsi də xeyli asanlaşır.

Bu vəziyyətin cəmiyyətin psixoloji durumuna göstərdiyi təsirə gəldikdə isə aydın məsələdir ki, informasiyanın yalnız bir mənbədən daxil olması toplumda psixoz yaradır, zombiləşməyə səbəb olur.

O baxımdan, istər Rusiya, istərsə də Belarusda dövlətin nəzarətində olan resursların məlumatlarına inam daha çoxdur. Əlbəttə, müəyyən istisnalar da var və o kateqoriyaya aid insanlar rəsmi təbliğatın həqiqəti əks etdirmədiyini bilirlər. Lakin əksəriyyət rəsmi informasiyaya etimad etdiyi üçün Putin və Lukaşenko öz hakimiyyətlərini qorumağı bacarırlar.

Bununla belə, müxtəlif vasitələrdən, əsasən də, VPN-dən yararlanan insanlar alternativ informasiyaya çıxış imkanı əldə edə bilirlər. Lakin düşünmürəm ki, ümumi nisbətdə onların sayı çox olsun.

Digər tərəfdən, VPN istifadəçilərinin hamısının müxalif ovqatda olduqlarını söyləmək doğru deyil. Razılaşaq ki, Rusiya cəmiyyətinə aşılanan “imperiya xalqı” təbliğatı nəticəsiz qalmır. Ona görə də alternativ informasiya əldə edənlər belə öz ölkələrinin və hakimiyyətlərinin hər zaman haqlı olduqlarına inanırlar. Yəni vəziyyət budur”.

A.Zeynalov

www.yenicag.az

409
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv