Xaçmazda bədbəxt hadisə

Xaçmaz rayonunda bədbəxt hadisə baş verib.

Yenicag.az APA-nın şimal bürosuna istinadən xəbər verir ki, Xaçmaz şəhərində yerləşən yeni yaşayış massivində evdə elektrik xəttini təmir etməyə çalışan 1963-cü il təvəllüdlü Hüseynov Hüseyn Həsən oğlunu elektrik vuraraq öldürüb.

Mərhumun meyiti ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Yenicag.az