Xaçmazda qəza - Ölən var

media-hightechnic-468x90

Xaçmazda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi olub.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Yenicag.az-a verilən məlumata görə, bugün saat 11:35 radələrində Bakı şəhər sakini Ramil Balamirzəyev Xaçmaz rayonu ərazisində başqasına məxsus “VAZ-21043” markalı avtomobilə icazə almadan əyləşərək idarə edib. Xaçmaz-Niyazoba avtomobil yolu ilə hərəkətdə olarkən yolun sağ kənarında dayanan “Mercedes Atego” markalı yük avtomobili ilə toqquşub, nəticədə R.Balamirzəyev aldığı bədən xəsarətləri səbəbindən hadisə yerində ölüb.

Faktla bağlı Xaçmaz RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600