Xanım Qafarovanın vəziyyəti kəskin pisləşdi

media-hightechnic-468x90

jhuihjkiiiou“Səhhətimlə əlaqədar təcili Türkiyəyə getməliyəm. Amma elə vəziyyətdəyəm ki, təyyarəyə minə bilmirəm”. 

Bunu açıqlamasında əməkdar artist, Musiqili Teatrın aktrisası Xanım Qafarova bildirib. Onun sözlərinə görə, qan azlığı onun hərəkətsizliyinə səbəb olub: “Qanım çox aşağıdır. Necə gündür ki, həkimlər mənə dayanmadan qan köçürür. Amma kimyaterapiya prosesindəki şüalar qanımı yeyir. Bu üzdən də vurulan qanın mənə bir xeyri yoxdur. Özümdə hərəkət edə bilmirəm. Qoluma girməsələr bir addım belə ata bilmərəm”. 

Qeyd edək ki, Xanım Qafarova xərçəng xəstəlikdən əziyyət çəkir. Heydər Əliyev Fondunun maliyyə yardımı ilə 3 dəfə əməliyyat olunub və Türkiyədə bir-birinin ardınca müalicə kursu keçib(aznews.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600