!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

XƏBƏRDARLIQ! Hava qeyri-sabit keçəcək, temperatur 5-7 dərəcə aşağı enəcək

!Reklam – Yazi

Noyabrın 15-i axşamdan 18-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə, noyabrın 15-i axşam şərq rayonlarında, 16-sı axşamdan isə əksər rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Havanın temperaturu tədricən 5-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı istisna olunmur.

Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.

www.yenicag.az

458
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv