Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Xəzərin hüquqi statusu Qazaxıstanda keçiriləcək

Reklam: High Technic

Yaxın zamanlarda Xəzər dənizinin hüquqi statusu ilə bağlı növbəti görüş Qazaxıstanda keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə APA-ya Xarici İşlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanla Türkmənistan arasında Xəzərdə sektorların razılaşdırılması ilə bağlı təmaslar kəsilməyib, bu, mütəmadi xarakter daşıyır.

“Bu, Azərbaycan-Türkmənistan münasibətlərində aktual məsələlərdən biri kimi qalmaqdadır. Bu məsələ üzərində iş gedir, müzakirələri davam etdiririk. Həmin görüşdə Türkmənistan nümayəndəsi də iştirak edəcək”, – deyə naziri müavini qeyd edib.

www.yenicag.az

436