!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Xəzəryanı ölkələrin ƏMƏKDAŞLIĞI: "İqtisadi münasibətlərin inkişafı..." - ŞƏRH

!Reklam – Yazi

“Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır”.

Bunu Xəzəryanı dövlətlərin əməkdaşlığının iqtisadi təsirlərini dəyərləndirən Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Xəzər dənizi region xalqlarının rifahının yüksəldilməsinə yönəlmiş bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir:

“Bu gün iqtisadi cəhətdən olduqca əlverişli bir coğrafiyada yerləşən Xəzəryanı dövlətlər bu amildən tam istifadə etməlidir. Qlobal dünyada iqtisadi münasibətlərin inkişafı xalqların və dövlətlərin daha da yaxınlaşmasını, o cümlədən qarşılıqlı əlaqələrin güclənməsini aktuallaşdırır. İqtisadi əməkdaşlığın inkişafı, investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz kommunikasiyaların qurulması sahilyanı dövlətlərin əsas prioritetləri olaraq qalır. Ən əsası, bu əlaqələrin genişlənməsi ölkələr arasında yeni nəqliyyat infrastrukturlarının formalaşmasına yol açır. Xəzər dənizi bu gün, həqiqətən də, multimodal daşımaların keyfiyyətinin yaxşılaşdırılması üçün mühüm bir amildir və bu amil əməkdaşlığın mühüm istiqamətini təşkil edir.

Nəqliyyat sahəsində Xəzəryanı dövlətlər arasında bağlanmış ikitərəfli və çoxtərəfli müqavilələr Xəzər dənizi regionunun inkişaf etmiş infrastruktura malik iri beynəlxalq nəqliyyat qovşağına çevrilməsi üçün yaxşı təməl yaradır. Azərbaycan regionda Xəzər dənizi ilə birbaşa bağlılığı olan qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüsçüsü və əsas icraçılarından biri kimi əlaqələrin episentri, həm də körpüsüdür”.

Gülşən Şərif

www.yenicag.az

317
Ads
www.veteninfo.com
!Reklam – Arxiv