Xırdalanda silahlı insident - "Prius"a atəş açıldı

media-hightechnic-468x90

Xırdalanda avtomobilə atəş açılması ilə bağlı cinayət işi başlanılıb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, 1994-cü il təvəllüdlü Osmanlı Səlcuq Tofiq oğlu istintaqa məlum olmayan mənbədən nömrəsi silinmiş, “Makarov” tipli tapança ilə noyabrın 30-da Abşeron rayonu, Xırdalan şəhəri, H.Turabov küçəsinin ərazisində Əliyev Səbuhi Camal oğlunun idarə etdiyi “Toyota Prius” markalı, 99-ST-608 dövlət qeydiyyat nişanlı avtomobilə 4 dəfə atəş açıb.

Daha sonra S.Osmanlı saxlanılıb.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 228.1-ci (Qanunsuz silah saxlama) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05