!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Ya danışıqlar bərpa olunmalı, ya da müharibə başlamalıdır” – Politoloq

!Reklam – Yazi

“Qarabağ münaqişəsinin nizamlama prosesinin sentyabrın əvvəllərində yenidən aktivləşəcəyi gözlənilir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Qarabağ danışıqlarında yaranmış qeyri-müəyyənliyin nə qədər davam edə biləcəyini dəyərləndirən politoloq Qabil Hüseynli deyib.

Qabil Hüseynlinin sözlərinə görə, danışıqlar avqustun axırı-sentyabrın əvvəllərində bərpa edilməsə, o halda hərbi əməliyyatların başlaması qaçılmaz olacaq:
“Adətən, ilin bu fəslində siyasi proseslərdə, xüsusilə də, münaqişələrin nizamlanması prosesində bir durğunluq yaranır.

Bu da əsasən, rəsmi şəxslərin, o cümlədən beynəlxalq vasitəçilərin qrafikləri ilə əlaqədardır. Onların məzuniyyətdə olmaları və başqa amillər danışıqların intensivliyinə təsir göstərir.

Eyni zamanda, Ermənistanda baş vermiş hakimiyyət dəyişikliyi, oradakı yeni hökumətin Qarabağ münaqişəsinin nizamlanmasında destrukriv mövqe nümayiş etdirməsi də prosesin dayanmasına gətirib çıxarıb.

Lakin bununla belə hesab edirəm ki, danışıqların avqustun axırı – sentyabrın əvvəllərində bərpa olunması mümkün görünür. Ancaq bu barədə birmənalı fikir bildirmək də asan deyil.

Qeyd etdiyim kimi, Ermənistanın yeni hökuməti məsələnin həlli üçün konstruktiv addımlar atmaq niyyətini nəinki büruzə vermir, əksinə, işğalçılıq siyasətinə haqq qazandırmağa çalışır.

O baxımdan hesab edirəm ki, danışıqlar sentyabrda bərpa edilməsə, Qarabağda yeni müharibənin başlaması qaçılmaz olacaq. Azərbaycan bu prosesin daha bir müddət qeyri-müəyyən qalmasını istəmir və vəziyyətin dəyişməməsi rəsmi Bakını ölkənin ərazi bütövlüyünü hərbi yolla bərpa etmək məcburiyyətinə gətirir”.

A.Zeynalov

www.yenicag.az

1976
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv