Reklam

Reklam

Bakıda Narkoloji Mərkəzdə baş vermiş yanğın zamanı həlak olan şəxslərin ailələrinə ödənilən maddi yardımın məbləği açıqlanıb.

Yenicag.az xəbər verir ki, baş nazirin müavini, yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov AzVision.az-a açıqlamasında bildirib ki, həlak olan hər bir şəxsin ailəsinə 10 min manat məbləğində yardım edilib.

abidBaş nazirin müavini vurğulayıb ki, xəsarət alanlara isə orta hesabla 500 manat maddi yardım göstərilib. A.Şərifov qeyd edib ki, aldığı xəsarətin dərəcəsindən asılı olaraq bəzilərinə isə 1000 manat vəsait verilib.

Qeyd edək ki,martın 2-də Respublika Narkoloji Mərkəzində baş verən yanğın zamanı 25 nəfər həlak olub. Aparılan araşdırma zamanı yanğının qəsdən törədildiyi məlum olub. Hadisədə təqsirli bilinən Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov saxlanılıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2106
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."